BƏRAƏT GECƏSİ

müsəlmanların müqəddəs hesab etdikləri gecələrdən biridir. Hər il Şaban ayının 14-dən 15-nə keçən gecə qeyd edilir. Rəvayətlərə görə Allah bu gecə bütün insanların dualarını və istəklərini yerinə yetirmək üçün mələklərini yer üzünə göndərir. Eyni zamanda, bu gecə Allah insanların günahlarını bağışlayır. Bəraət gecəsi möminlər arzularını dilə gətirərək Allahdan onların yerinə yetirilməsini diləyirlər. Çoxlu duaların edilməsi tövsiyə edilsə də, bu gecənin ayrıca bir namazı yoxdur. Rəvayətlərə görə, Allah Məhəmməd peyğəmbərə bütün müsəlmanlar üçün şəfaətçi olmaq vəzifəsini bu gecə vermişdir. Şaban ayının 15-ci gecəsinin müqəddəsliyi haqqında hədislər mövcuddur.
BƏRА İBN ƏZİB
BƏRƏKƏT
OBASTAN VİKİ
Bəraət gecəsi
Bəraət gecəsi - Şaban ayının 15-ci gecəsidir. Bəraət borc, xəstəlik, günah və cəzadan qurtulmaq deməkdir. Rəsulullahdan (s.ə.s.) bu gecəyə məxsus nəql olunan xüsusi ibadət şəkli yoxdur. Bəraət gecəsi Ramazan ayına hazırlaşmaq üçün fürsət sayıla bilər. Bu haqda bir hədisdə belə buyrulur: “Şaban ayının on beşinci gecəsini ibadətlə keçirin, gündüzündə isə oruc tutun. Çünki, Uca Allah bu gecə dünya səmasına rəhməti ilə təcəlli edir və “Yoxdurmu tövbə edən ki, tövbəsini qəbul edim. Yoxdurmu ruzi istəyən ki, ruzisini verim. Yoxdurmu şəfa istəyən ki, şəfa verim. Başqa istəyi olan yoxdurmu ki, ona istədiyini verim". Bu hədisin sənədi rəvayət zəncirindəki ravilərdən biri hədis alimləri tərəfindən zəif qəbul edilir.
Bəraət
Bəraət sözü müxtəlif mənalara gəlir, ən çox işlənən mənası isə xas olan “günahlarımıza görə bəraət qazanmaq”, “istiğfar olunmaq”, “bağışlanmaq” kimi qəbul edilir.
Merac gecəsi
Merac (əl-İsra və-l-Mirac) (ərəbcədir, göyə qalxma, merac etmə deməkdir) – Hz. Muhəmmədin (s.a.v.) Büraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə (isra), oradan da səmaya ecazkar səyahətidir (meracın mənası da buradan irəli gəlir). Həmin hadisələrin şərəfinə qəməri təqvimi ilə rəcəb ayının 27-də dini bayram (ərəbcə id əl-merac, türkcə rəcəb bayramı) qeyd edilir. Hz. Muhəmmədin (s.a.v.) (cismən və ya ruhən) merac etməsinin xarakteri ətrafında ilahiyyatçılar arasında çoxdan bəri mübahisələr gedir. Meracın lüğəvi mənası çıxmaq, yüksəlmək deməkdir. Bu hadisə isra da adlanır. İsra-gecə vaxtı yeriməyə deyilir. Bu böyük hadisə gecə vaxtı olduğu üçün ona İsra deyilmiş, Quranı Kərimdə bu ad ilə yad olunmuşdur. "Qulunu gecə vaxtı məscidi Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız məscidi Əqsaya aparan Allahın şanı hər şeydən pakdır.
Muzeylər gecəsi
Muzeylər gecəsi — Beynəlxalq Muzeylər Gününə həsr olunmuş beynəlxalq tədbirdir. Bu müddət ərzində muzey eksponatlarına gecədən səhərədək baxa bilərsiniz. Bu gecə, bir çox muzey günbatımından sonra demək olar ki, səhərə qədər ziyarətçilər üçün açıq olur. Aksiyanın əsas məqsədi müasir muzeylərin resurslarını, imkanlarını, potensialını göstərmək, gəncləri muzeylərə cəlb etməkdir. "Muzeylər gecəsi" ilk dəfə 1997-ci ildə Berlində keçirilib. 1999-cu ildən etibarən Fransa Mədəniyyət və Rabitə Nazirliyinin təşəbbüsü ilə “Muzeylərin baharı” adlı tədbir keçirilməyə başlanmış, 2001-ci ildə artıq bu aksiyada Avropa və Amerikadan 39 ölkə iştirak etməyə başlamışdır. 2005-ci ildə "Muzeylərin baharı" "Muzeylər gecəsi"nə çevrildi. 2009-cu ildən etibarən Azərbaycan muzeyləri də bu aksiyaya qoşulur.
Məbit gecəsi
Leylətul-məbit (ərəb. لَـیْـلَـة ٱلْـمَـبِـیْـت‎) Məhəmmədin Məkkədən Mədinəyə hicrətə başladığı gecədir. Bu gecənin Rəbiüləvvəl ayının birinci günü olduğu güman edilir. Qureyşlilərin Məhəmmədi öldürməsi qərarı səbəbiylə Əli ibn Əbu Talib Məhəmmdin yataq yerində yatmış və peyğəmbər Məkkəni tərk etmişdi.
Qisas Gecəsi
Xocalı soyqırımının ildönümü ərəfəsində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolundan bəhs edən "Qisas gecəsi" kitabının təqdimatı olmuşdur. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fizurə Quliyeva iştirakçılara XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. O, Xocalı soyqırımının xalqımızın tarixində silinməz izlər buraxdığını, ermənilərin öz işğalçılıq siyasətini bu gün də davam etdirdiklərini bir daha diqqətə çatdırmışdır. F. Quliyeva Xocalı soyqırımının dəhşətlərindən bəhs edən "Cəhənnəmdən gələn səs" əsəri ilə oxucuların rəğbətini qazanmış yazıçı Elxan Elatlını iştirakçılara təqdim etmişdir. Bildirilmişdir ki, bu gün təqdimatına yığışdığımız "Qisas gecəsi" kitabı E. Elatlının sayca 13-cü əsəridir. Müəllif bu əsərdə Mübariz İbrahimovun ömür və döyüş yolunu son dərəcə canlı təsvir etmişdir. Kitabla tanışlıq zamanı ilk baxışda hər bir oxucuda elə təsəvvür yaranır ki, sanki müəllif bu hadisələrin bilavasitə şahidi olmuşdur.
Qütb gecəsi
Qütb gecələri — qütb sahələrində üfüqdə Günəşin görünmədiyi müddət olub, ilin müəyyən bir dövrüdür. Qütb gecələrinin davamiyyəti qütbə doğru artır; 66°33” paralelində 1 gün (24 saat), qütbdə 179 günə çatır. Şimal qütbündə qütb gecələri payız gecə-gündüz bərabərliyi tarixindən (23 sentyabr) yaz gecə-gündüz bərabərliyinə (21 mart) qədər davam edir. Rusiya: Apatitı, Bilibino, Verxoyansk, Varkuta, İnta, Hacıyevo, Dudinka, Zaozersk, Zapolyarnı, İqarka, Kandalakşa, Kirovsk, Kovdor, Kola, Labitnanqi, Monçeqorsk, Murmansk, Меzеn, Naryan-Маr, Nоrilsк, Оlеnеqоrsк, Ostrovnoy, Pevek, Polyarnıy Zori, Polyarnıy, Salexard, Severomorsk, Skejnoqorsk, Srednokolımsk, Usinsk. Norveç: Lonqyir, Tromse.
Qədr Gecəsi
Qədr gecəsi — Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məhfuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə iki ayə dəlildir. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik. Birinci ayəyə görə Quran Ramazan ayında nazil edilmişdir, ikinciyə görə isə Qədr gecəsində. Deməli, Qədr gecəsi Ramazan ayındadır. Quranın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir.
Valpurgiya gecəsi
Valpurgiya gecəsi — bütpərəstlik dövründə qədim germanların mayın 1-nə keçən gecə bahar bayramı; VIII əsr alman xalq rəvayətinə görə, Almaniyanın Brokken dağında ifritlərin bayramı (ifritlərin böyük gecə məclisi). Katolik müqəddəsi Valpurgiyanın xatirə günü (mayın 1-i) bu bayramla bir vaxta düşdüyündən belə adlanır. Valpurgiya gecəsindən ədəbi və musiqi süjeti kimi istifadə edilmişdir (İohann Götenin "Faust" əsəri, Şarl Qunonun eyniadlı operası, Henrix Heynenin "Yol mənzərələri" və s.).
Varfolomey gecəsi
Varfolomey gecəsi — Fransada dini müharibələrin nəticəsində 23 avqust 1572-ci ildə Parisdə baş vermiş hadisə. Bu dəhşətli gecə barədə filmlər çəkilmiş və bədii əsərlər yazılmışdır. "Varfolomey gecəsi" ifadəsi bir çox xalqların dilinə daxil olaraq, mənfi çalar qazanmış və müqavimətə gücü çatmayan günahsız insanların kütləvi halda qətlə yetirilməsi mənasını almışdır. Varfolomey faciəsinin baş verməsinə müəyyən proseslər səbəb olmuşdur. XVI əsrdə Avropada Roma Papası və hakim Roma Katolik Kilsəsinə qarşı yönəldilmiş reformasiya (dində islahatçılıq) hərəkatının geniş vüsət alması nəticəsində yeni xristian məzhəbi olan protestantlıq meydana gəlmiş və Qərb dünyası iki hissəyə parçalanmışdır. Protestantlarla katoliklər arasında fikirayrılığı teoloji-elmi müstəvidən uzaqlaşaraq, hərbi toqquşmalara, qanlı müharibələrə gətirib çıxarmışdır. Məzhəb ayrıseçkiliyi cəmiyyətdə təbəqə, qohum, dost, həmvətən anlayışını ortadan qaldırmış, hamı bir-birini etiqadına görə qiymətləndirməyə başlamışdır. XVI əsrdə digər Avropa ölkələrində olduğu kimi, Fransanı da məzhəb müharibələri bürümüşdü. Bu ölkədə hugenot (ilk vaxtlar katoliklərin protestantlara həqarətlə verdikləri, sonradan isə protestantların mənimsədikləri ad) müharibələri adlanan üç hərbi münaqişə baş vermişdir. 1570-ci ildə Sen-Jermen müqaviləsinin bağlanması ilə III Hugenot müharibəsi bitmiş, uzunmüddətli mübarizədən sonra hugenotlar müəyyən hüquqlar əldə etmiş, onların rəhbəri admiral Kolinyi isə Fransa Kral şurasına daxil olmuşdur.
Xına gecəsi
Xınayaxdı mərasimi, Xına gecəsi və ya Xına - Hindistan, Malayziya, Azərbaycan, İran və Türkiyənin toy adətlərindəndir. Xınayaxdı mərasimi əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir.Adətimizdə qız bəyənmə,elçilik,nişanlılıq dövrü,qız toyu,xınayaxdı və nəhayət gəlin köçmə kimi adətlər mövcuddur.Bu adətlərimizi xalqımız dünyanın harasında yaşayırlarsa yaşasınlar həyata keçirirlər. Çox köhnə bir adət olan şam yandırmaq, xına gecəsinin də imtina edilməz adətlərindəndir. Xına hazırlandıqdan sonra ovuc içərisinə qoyulur, şam yandırılır.Gəlinin ətrafında dövrə vuraraq mahnılar oxunur.Bu adət uzun illər boyu davam etməkdədir. Şamın aksessuarları dəyişsə də istifadə qaydası dəyişməmişdir. Xına şamı ilə xına gülü gözəl bir görünüş ortaya çıxarar. Xına gecələri üçün istifadə edilən xına şamını, istəsəniz evinizdə bəzək olaraq da istifadə edə bilərsiniz. Dekorasiya olaraq evinizin hər hansı bir yerində istifadə edilən xına şamları rəng və diqqət çəkən xoş dizaynı ilə gözəl bir görünüş yaradacaqdır.
Çillə gecəsi
Çillə gecəsi — Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, şəmsi ilinin, dey ayın başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və 3 ay Novruz bayramına qalmış bir gecədir. 40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ilk günüdür. Sonra 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir. Milad tarixi ilə dekabrın 20-dən 21-nə keçən gecədir. Bu gecə əsasən, İran, Azərbaycan, Türkiyədə qeyd edilir. Çillə gecəsindən sonra, yer kürəsinin şimal bölgələrində görünən günəş, ən aşağı vəziyyətə çatandan sonra, üfüqdə üç gün hərəkətsiz qalır və dördüncü gün yuxarı qalxır. Bu hadisə 25 dekabr günü, yəni çillə gecəsindən dörd gün sonraya təsadüf edir. Həmin gün, yəni 25 dekabr günü günəş tanrılarının bir çoxunun doğum günüdür və həmdə qədim roma təqviminin başlanğıc günü kimi qeyd olunmuşdur. Qədim roma təqvimi miladdan öncə 753cü ildə Rem və Romul tərəfindən icad olunmuşdur, Yuli Sezar tərəfindən dəyişdirilmişdir, Bu təqvim hər 128 ildə bir gün geri qalırdı.
Karnaval gecəsi
"Karnaval gecəsi" (rus. Карнавальная ночь) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Mədəniyyət evinin işçiləri növbəti Yeni il şənliyinə hazırlaşırlar. Əyləncəli proqramda solo ifalar, rəqslər, sirk nömrələri, caz orkestrinin çıxışı, fokusçu və klounların çıxışları nəzərdə tutulub. Mədəniyyət evinin direktoru vəzifəsini icra edən Oqursov proqramla tanış olur. O, bu proqramı təsdiq etmir. Onun fikrincə, hər şey yüksək səviyyədə və ən əsası "ciddi" şəkildə olmalıdır. Oqursov öz proqramını təklif edir: əvvəldən nəzərdə tutulmuş məruzəçinin çıxışı və astronomun müharizəsi. Musiqi nömrələrindən isə klassik musiqi və "Mahnı və rəqs" ansamblının çıxışı ilə kifayətlənməyi təklif edir. Lakin mədəniyyət evinin heç bir üzvü əvvəlki məşq olunmuş proqramı dəyişmək istəmir.
Pompeyin son gecəsi
Pompeyin son gecəsi (rus. Последний день Помпеи) - rus rəssamı Karl Brüllov tərəfindən 1830–1833-cü illərdə çəkilmiş rəsm əsəri. Karl Brüllov 1827-ci ildə Pompeydə olmuş, bizim eranın 79-cu ilində Vezuvi vulkanının məşhur püskürməsinə və Neapolun yaxınlığındakı Pompey şəhərinin dağılmasına dair gələcək rəsm əsəri haqqında çoxsaylı eskizlər çəkmişdir. Onun əsəri Romada sərgidə nümayiş etdirilmiş, tənqidçilərin coşqun rəylərini qazanmış və Parisin Luvr sarayına göndərilmişdir. Bu əsər rəssamın ölkənin hüdudlarından kənarda belə maraqla qarşılanmış ilk əsəri olmuşdur. 1834-cü ildə əsər təntənəli surətdə Sankt-Peterburqa gətirilmişdir.
Uzun bıçaqlar gecəsi
"Uzun bıçaqlar gecəsi" (alm. Nacht der langen Messer‎), və ya Röm qiyamı (alm. Röhm-Putsch‎) — Adolf Hitlerin SA hücum qruplarının bəzi rəhbərlərinə qarşı 30 iyun 1934-cü ildə tutduğu divan. Əməliyyatın kod adı "Kolibri"dir (alm. Unternehmen Kolibri‎). Təzyiqin səbəbi Ernst Römün başçılıq etdiyi hücum dəstələrinin dövlət çevrilişinə hazırlıq etməsi şübhələrinin olması idi.
Uşaqlığın son gecəsi
Uşaqlığın son gecəsi — kinorejissor Arif Babayevin çəkdiyi bədii film. Arif Babayevin 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib deyilir. Əslində isə ssenarinin həmin hekayə ilə əlaqəsi yoxdur. “Uşaqlığın son gecəsi” hekayəsi Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edir. Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstəylə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır.
İstirahət Gecəsi (1982)
Yaşayan ölülərin gecəsi
Yaşayan ölülərin gecəsi (ing. Night of the Living Dead) — Corc Romero tərəfindən yaradılan, 1968-ci ildə ABŞ istehsalı olan kult filmlərindən biridir. Filmdə baş qəhrəmanlar-Ben (Dueyn Cons) və Barbara (Cudit O'Di) ilə birlikdə yeddi adamın sirli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından danışılır. Romeronun 114 min dollarlıq büdcə ilə tamamladığı film sonrakı illər boyunca bir neçə dəfə televiziyada göstərildikdən sonra ABŞ-də 12 milyon dollar, digər ölkələrdə isə 30 milyon dollar hasilat əldə etmişdi. 2008-ci ildə isə filmin hasilatı $689 716 923 milyona çatmışdır. Bu film 1968-ci ildə ilk dəfə nümayiş etdirilən zaman şiddət səhnələrinin açıqlığı səbəbiylə film kəskin şəkildə tənqid olunmuşdu. Lakin "Yaşayan ölülərin gecəsi" filmi 1999-cu ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Film ilk dəfə 2005-ci ildə artıq ağ-qara filmi kimi yox, rəngli film kimi nümayiş olunmuşdur. Filmin gəliri 2009-cu ildə isə $256,147,434 milyon dollara çatmışdır. Vyetnam müharibəsi dövründə nümayişə girən "Yaşayan ölülərin gecəsi" filmi 1960-cı illərin sonunda ABŞ cəmiyyətinə yönəltdiyi bilavasitə tənqidlər səbəbiylə cığır açan bir film olaraq qiymətləndirildi.
Bir payız gecəsi (mahnı)
Karnaval gecəsi (film, 1956)
"Karnaval gecəsi" (rus. Карнавальная ночь) — rejissor Eldar Ryazanovun filmi. Mədəniyyət evinin işçiləri növbəti Yeni il şənliyinə hazırlaşırlar. Əyləncəli proqramda solo ifalar, rəqslər, sirk nömrələri, caz orkestrinin çıxışı, fokusçu və klounların çıxışları nəzərdə tutulub. Mədəniyyət evinin direktoru vəzifəsini icra edən Oqursov proqramla tanış olur. O, bu proqramı təsdiq etmir. Onun fikrincə, hər şey yüksək səviyyədə və ən əsası "ciddi" şəkildə olmalıdır. Oqursov öz proqramını təklif edir: əvvəldən nəzərdə tutulmuş məruzəçinin çıxışı və astronomun müharizəsi. Musiqi nömrələrindən isə klassik musiqi və "Mahnı və rəqs" ansamblının çıxışı ilə kifayətlənməyi təklif edir. Lakin mədəniyyət evinin heç bir üzvü əvvəlki məşq olunmuş proqramı dəyişmək istəmir.
Məhşər gecəsi (film, 2013)
Məhşər gecəsi (İng. The Purge), rejissorluğunu və ssenarisini Ceyms DeMonakonun etdiyi 2013 qorxu-gərginlik janrındakı ABŞ filmidir. Baş rollarını Etan Houk, Lena Hidi, Adelaida Keyn və Maks Barkholder canlandırır. Məhşər gecəsi seriyasının ilk filmidir. 2022-ci ildə heç bir cinayətin olmadığı ölkədə, ildə bir gecə, 12 saat ərzində bütün cinayət olaylarının sərbəst buraxılması ərzində bir ailənin yaşadıqlarından bəhs edir. Ethan Hawke — Ceyms Sendin Lena Hidi — Meri Sendin Adelaida Keyn — Zoi Sendin Maks Barkholder — Çarli Sendin Edvin Hodc — Dueyn "Qanlı qonaq" Toni Oller — Henri Arica Bareikis — Qreys Ferrin Deyna Banç — Cənab Ferrin Kris Malki — Cənab Halverson Tişa Frenç — Xanım Halverson Tom Yi — Cənab Keyli Rhys Veykfild — Nəzakətli Lider Piter Gvozdas — Dr. Peter Buynak (səs) Devid Basila — George (səs) Keyren Strassman — Xəbər spikeri (səs) newfoundersamerica.org — Məhşər gecəsinin rəsmi saytı gecəsi/ 2184339 — Internet Movie Database saytında.
Toy gecəsi (serial, 2013)
Namiq Qaraçuxurlu — Murad
Vahimə gecəsi (film, 2011)
Vahimə gecəsi (ing. Fright Night) — 2011-ci il Amerika istehsalı qorxu və komediya janrlı film. Film 1985-ci ildə rejissor Tom Holland tərəfindən ekranlaşdırılmış eyniadlı filmin remeykidir. Hər şey qorxulu filmləri bəyənən Çarlinin məhəlləsinə yeni köçən bir adamın vampir olduğunu biləndən sonra başlayır. Filmdə hadisələr əyləncəli və eyni zamanda qorxulu tərzdə davam edir. Rollarda Kolin Farrel, Anton Yelçin, Toni Kollet və Devid Tennant çəkilib. Çarli məktəbin papulyar tələbəsidir və bir çoxlarının paxıllıq etdiyi seksi bir sevgilisi var. Özünü çox sevən Çarlı hətta ən yaxın dostu Edidə saymayır. Bir gün onların məhəlləsinə yeni qonşu köçür. Adi adam kimi görünən bu oğlanın sonradan gecələri ova çıxan bir vampir olduğunu öyrənən Çarli bunu heç kəsə inandıra bilməyəcəyini bilir.
İstirahət gecəsi (film, 1982)
Şənbə Gecəsi (film, 1977)
Şənbə Gecəsi Qızdırması (Saturday Night Fever) — John Badhamın çəkdiyi musiqili dram filmidir. Filmin əsas qəhrəmanı, John Travolta tərəfindən canlandırılan Tony Manero həftəiçi ərzində yerli inşaat malları mağazasında işləyir, həftəsonlarını isə diskotekada içmək və rəqs etməklə keçirir. Brooklynda yerləşən bu diskotekada ondan yaxşı rəqs edən yoxdu. Tonynin həyatında həftəsonları rəqs etmək və dostlarından başqa heçnə yolunda getmir, valideynlər bir yandan, çətin iş o biri yandan onu bezdirir. Filmin hekayəsi 1976-cı ildə New York jurnalında Britaniyalı yazıçı Nik Cohnin yazdığı məqaləyə əsaslanır, "Tribal Rites of the New Saturday Night". Təxminən 20 ildən sonra Cohn o məqalənin reallığı əks etdirmədiyini bildirdi. Amerikaya təzə gəldiyinə görə o, burdakı disko həyatı ilə tanış deyildi. Buna görə də Cohn İngiltərədəki mod mədəniyyətinin üzvü olan bir tanışının həyat tərzinə əsaslanıb Tony Monero xarakterini yaratdı. Filmin çox uğurlu alınması disco musiqisinin dünyaca məşhurlaşmasına səbəb oldu. John Travolta isə əvvəldən Welcome Back, Kotter TV şousundan tanınsa da, bu film ilə çox məşhurlaşdı.